Ehtimal olunan qlobal nüvə münaqişəsinin nəticələrindən ən az zərər çəkən Avstraliyanın, Argentinanın və Yeni Zelandiyanın sakinləri olacaq.
Bu nəticə ABŞ-ın Ratgerdsk Universitetinin alimlərinin tədqiqatlarının nəticələri üzrə hesabatda yer alıb.
“AzPolitika.info” xəbər verir ki, hesabat «Nature Food» jurnalında dərc olunub.
Bu eksperimentin gedişində tədqiqatçılar böyük şəhərlərə və sənaye mərkəzlərinə nüvə silahı ilə hücumu modelləşdiriblər.
Alimlərin qiymətləndirməsinə görə, bu, özündən sonra odlu fırtına və atmosferin yanma hissəcikləri ilə çirklənməsinə səbəb olacaq. Öz növbəsində bu da iqlimin dəyişməsinə gətirəcək və həm də yerdə qida ehtiyatlarının və balıq ovlanmasının azalmasına səbəb olacaq.
Qeyd olunur ki, məhsuldarlıq daha çox orta və yüksək qurşaq ölkələrində, Rusiya və ABŞ da daxil olmaqla, aşağı düşəcək. Orta qlobal kalori istehlakı münaqişənin başlanmasından 3-4 il sonra təxminən 90 faiz enəcək.
Dərc olunmuş xəritədən göründüyü kimi, yalnız Avstraliya və Argentina gündə adambaşına istehlak olunan kalorinin optimal miqdarını saxlaya biləcəklər, hətta o halda ki, atmosferə daha çox saja miqdarı tullanacaq.
Daha bir ölkə digərlərindən az təsirə məruz qalacaq. Ekspertlər Yeni Zelandiyanın adını çəkiblər. Eyni zamanda qeyd olunur ki, bütün bu ölkələr qaçqınların digər ölkələrdən gələn böyük axınları ilə üzləşməklə risk edəcəklər, hansı ki, bu ölkələrdə ərzaq çatışmazlığı müşahidə olunacaq.
Follow @7timesaz