Beş nüvə fövqəldövləti və BMT TŞ-nin daimi üzvləri olan Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransanın liderləri nüvə müharibəsinin qarşısının alınması və silahlanma yarışına yol verilməməsi ilə bağlı birgə bəyanat qəbul ediblər.
7Times.az xəbər verir ki, sənəd Kremlin rəsmi saytında dərc olunub.
“Çin Xalq Respublikası, Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları və Fransa Respublikası nüvə silahına malik dövlətlər arasında müharibəyə yol verilməməsini və strateji risklərin azaldılmasını özlərinin birinci dərəcəli məsuliyyəti hesab edirlər”, – sənəddə deyilir.
“Biz bəyan edirik ki, nüvə müharibəsində heç bir qalib ola bilməz və o, heç vaxt başlamamalıdır”, – bəyanatda xüsusilə vurğulanır.
Follow @7timesaz