ABŞ Prezidenti Cozef Baydenin miqrasiya siyasəti ilə əlaqədar Meksikada humanitar böhran yaranır.
7Times.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.
Latın Amerikası ölkələrinin sakinlərinin ABŞ-yə kütləvi miqrasiyasının yaratdığı humanitar böhran Bayden administrasiyasının immiqrasiya qaydalarını sərtləşdirməsi ərəfəsində daha da pisləşib.
Meksikanın Tamaulipas ştatının Miqrasiya İnstitutunun rəhbəri Xuan Xose Rodriges Alvarado qeyd edir ki, son aylarda Meksikadan ABŞ-yə tranzitlə keçən miqrantların sayı regionda kəskin şəkildə artıb:
“Onlar belə qənaətə gəldilər ki, 42-ci bölmə dayandırıldıqda, ABŞ sərhədləri onlar üçün açıq olacaq”.
Follow @7timesaz