Nyu-York polisi aprelin 12-də metroda atəş açmaqda şübhəli bilinən 62 yaşlı Frenk Ceymsi saxlayıb.
“Unikal” xəbər verir ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.
Şübhəli şəxs hazırda Nyu-Yorkun mərkəzindəki Manhettenin 9-cu dairəsində həbs saxlanılır.
Qeyd edək ki, aprelin 12-də səhər saatlarında Nyu-Yorkun “36th Street” metrostansiyasında atışma baş verib. CNN yerli xəstəxanaların məlumatlarına istinadən bildirib ki, atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib.
Follow @7timesaz