ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib.
7times.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Keti Hokul fərman imzalayıb.
Koronavirusa yoluxma halları artdığı üçün tətbiq edilən fövqəladə fəziyyət dekabrın 3-də başlayacaq və 2022-ci ilin 15 yanvar tarixinədək davam edəcək.