İdman

UEFA bu klubun “Qarabağ”la oyunla bağlı apellyasiya şikayətini rədd etdi

UEFA bu klubun “Qarabağ”la oyunla bağlı apellyasiya şikayətini rədd etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA “Olimpiya”nın “Qarabağ”a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

“Offsideplus.az” qurumun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.

“Olimpiya” Lyublyanadakı qarşılaşmada meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib.

Həmin görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.