Dünya

“O, deyəsən, məni tanımır” – Ərdoğandan ermənipərəst senatora

“O, deyəsən, məni tanımır” – Ərdoğandan ermənipərəst senatorabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bob Menendez Türkiyəni, deyəsən, heç Tayyib Ərdoğanı da tanımır”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-nin televiziya kanalına açıqlamasında deyib.

O, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendezin Yunanıstanın təhlükəsizliyi kimi bir sıra məsələləri bəhanə edərək F-16-ların Türkiyəyə satışına mənfi yanaşmasına münasibət bildirib: “Yunanıstan ilə Türkiyənin qədim bir dostluğu var. Menendez, deyəsən, Türkiyəyə qarşı düşmən münasibət bəsləyir və bizi onun seçdiyi konkret müzakirə arealına çəkməyə çalışır. Amma biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”.