Dünya

“O, əclafdır, dar ağacından asılacaq” – Medvedev hansı prezidenti hədələdi?

“O, əclafdır, dar ağacından asılacaq” – Medvedev hansı prezidenti hədələdi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın keçmiş prezidenti, hazırda isə Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev növbəti qalmaqallı paylaşım edib.

Medvedev bu dəfə Latviya Prezidentini hədəfə alıb və qeyd edib ki, ümumiyyətlə, Latviya adında dövlət yoxdur.

O, öz teleqram kanalında 1943-cü ilin “Xarkov məhkəməsi”nin fotosunu dərc edib və bunu “sülh formulunun alternativ foto variantı” adlandırıb.Həmin şəkildə nasist cinayətkarlarının edamı təsvir edilib.

Medvedevin sözlərinə görə, Rusiya şəhərlərini atəşə tutanları və “Rusiyanı məğlub etmək lazımdır” deyən Prezident Edqars Rinkeviçsi də eyni aqibət gözləyir: “Bizim şəhərlərimizdə dinc əhaliyə atəş açan əclaflar və onlarla birlikdə özünü mövcud olmayan Latviya ölkəsinin prezidenti kimi təqdim edən, Rusiyanın ölümünü arzulayan Rinkeviçs adlı əclaf da oradan asılacaq”.

“AzPolitika.info”