İdman

“O, həmişə xərcləyir, xərcləyir, xərcləyir, bezmişəm” – Ronaldo Corcinadan şikayətləndi

“O, həmişə xərcləyir, xərcləyir, xərcləyir, bezmişəm” – Ronaldo Corcinadan şikayətləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanında çətin günlər keçirən Kriştiano Ronaldonun meydandan kənarda problemləri yaranıb.

Qaynarinfo-nun məlumatına görə, portuqaliyalı ulduz sevgilisi Corcina Rodrigezlə ilə ayrılmaq ərəfəsindədir. Bu barədə CMTV xəbər yayıb.

Ayrılacağı təqdirdə superulduz Corcinaya böyük pullar ödəyə bilər. Söhbət 350 milyon avrodan gedir ki, bu Ronaldonun var-dövlətinin 35 faizinə bərabərdir.

Ronaldo Rodrigezin daimi alış-veriş etməsindən şikayətlənib. Jurnalist Daniel Nasimento Ronaldo haqqında “Corcina hər zaman gününü ticarət mərkəzlərində keçirir. Bu səbəbdən Ronaldonu bezdirir. O, həmişə xərcləyir, xərcləyir və xərcləyir, başqa heç nə etmir”, deyib.

Ronaldo və Corcina cütlüyünün keçən il doğulan Bella, həmçinin 5 yaşlı Alana adlı oğlu var. Ronaldonun həmçinin 12 yaşlı Kriştiano Jr adlı övladı var, yeni zamanda Rodrigez və surroqat anadan dünyaya gələn 5 yaşlı Eva və Mateo adlı əkiz uşaqları da var.