Maqazin

“O pulla 200 insana həyat vermək olardı“ – Amirdən danışdı

“O pulla 200 insana həyat vermək olardı“ – Amirdən danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nura Surinin SMA xəstəliyindən əziyyət çəkən Amirlə bağlı şərhi müzakirə yaradıb.

OLAY yazır ki, o, jurnalist Kübra Məhərrəmovanın “İnsanlar var, deyirlər ki, uşaq üçün niyə milyon manatlıq yardım yığılıb? Uşaqdı da, ölsə, nə olacaq?” postuna fikir bildirib.

Nura “O pulla 100-200 insana həyat vermək, xəstəxana da tikmək olardı” sözlərini yazıb.

Məhərrəmova həmin rəyə “ İndi bu uşaq ölsün ki, o birilər sağalsın”, – deyə cavab verib.

Bundan sonra Nura öz səhifəsində status paylaşıb.

“Fikir vermisizsə, nə danışsaz, nə desəz mız qoyan, konteksdən cümləni çıxarıb başqa yerə yozan, deyilən sözləri başqa səmtə yönəldən insanların sayı necə artıb. Bu əsl faciədir.  İnsanlar bir-birilərini başa düşmür, anlamırlar ya da istəmirlər anlamaq. İnsanlıq ölüb gedir. Ailə içi anlaşılmazlıqlar ucbatından gənclər intihar edirlər, insanlar arasında etibar qalmayıb.

Etibarsızlıq – dostsuzluq və sevgisizlikdir. Mən uzun müddətdir müsahibə vermirəm, verilişlərə getmirəm, danışmaq istəmirəm. Kimin üçün danışım? Niyə danışım ki, əgər başa düşülməyəcəmsə?”, – deyə Nura vurğulayıb.