“İlhamə Quliyevanı o qədər sevirdim ki, məktəbdə deyirdim xalamdır. Ondan xəbərlər eşidirdim, izləyirdim. Gəlirdilər məndən onun haqqında soruşurdular. 4-5-ci sinifdə başa düşdüm ki, yalan danışmışam. İlhamə Quliyeva sağ olsaydı indi deyərdi, sən məndən qocasan, xala nədir”.
Bu sözləri Əməkdar artist Elza Seyidcahan “Söz baz” proqramında deyib. Sənətçi danışdığı yalandan bəhs edib.
Müğənni daha sonra onu tənqid edənlərə qarğış yağdırıb:
“Deyirlər Elza bu geyimləri gündəm üçün edir. Paxıllıqdan deyirlər. O insanın ağzından yara çıxsın. Halallıq vermirəm o insanlara ki, Elza tacları, geyimləri gündəm üçün edir. İndi də hamısı qığ mövzusundan danışır. Bacım Lalə Seyidcahanın layihəsidir. Modelyerlər bunun üstündə dava edir: o deyir mən tikəcəm, bu deyir mən tikəcəm”.
Xoşbəxt olduğunu söyləyən Seyidcahan “Mənim kimi xoşbəxt qadın var? Məni sevirlər, sevəcəklər də… Efirləri açırsan, ancaq ağlayırlar. Nə qədər ağlamaq olar?” sözlərini əlavə edib.
İfaçı daha sonra övladları ilə bağlı qalmaqallı fikirlər səsləndirdi:
“Övladlar Allahındır. Elə analardan deyiləm ki, deyim, həyatda qızım, oğlum üçün yaşayıram. Belələrinə kasıb baxıram. Xalqım üçün Allahın yolunda yaşayıram. O qədər cılızam ki, oğlum, qızım üçün yaşayım? Böyütmüşəm, həyatımdan çıxıblar. Anamı, Allahımı sevirəm. İndi uşaqlar məni sevsin. Niyə uşaqları sevim ki? Evləndirdim, bol-bol sevgi verdim. İndi onlar mənim borcumu qaytarmalıdırlar”.
Follow @7timesaz