Maqazin

“O qız özü “yoldan çıxmağa” meyillidirsə…” – Rasim Balayev 

“O qız özü “yoldan çıxmağa” meyillidirsə…” – Rasim Balayevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Turistlərin ölkəyə gəlməsi inkişafdır. Təəssüf ki, Avropadan o qədər də çox turist gəlmir, Ərəbistandan gəlirlər. Onlar da bizim qızları necə yoldan çıxara bilərlər ki?! O qız özü “yoldan çıxmağa” meyillidirsə… Sadəcə, onların hoteldə, küçədə, bayırda artıq-əksik hərəkət etməmələri üçün müəyyən təşkilatlar tərəfindən nəzarət olmalıdır”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.

“Turistlər ölkə turizminin inkişafı üçün lazımdırlar. Sadəcə, 1-2 nəfəri qorxutsunlar, cəza tədbiri görsünlər. Bununla da onlar bilsinlər ki, burada belə qanundan kənar hərəkətlər etmək olmaz, adamı cəzalandırırlar, vəssalam. Amma yenə də qeyd edirəm, turizmin qabağını almaq olmaz” – R.Balayev qeyd edib.