“Barselona”sı “Arsenal”dan qabonlu futbolçu Pyer-Emerik Obameyanqı heyətinə qatıb.
Qol.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı hücumçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Sözləşməyə əsasən, tərəflər 2023-cü ildə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verə bilərlər. Klub afrikalı oyunçuya 100 milyon avro təzminat qiyməti qoyub.
Qeyd edək ki, Obameyanq bu mövsüm “Arsenal”da 14 oyunda 4 qol vurub və və 1 qolun ötürməsini verib.
Follow @7timesaz