Maqazin

Oğlu Brilliant Dadaşovanı günahlandırdı: “Hər şey sənə görə olur” – VİDEO

Oğlu Brilliant Dadaşovanı günahlandırdı: “Hər şey sənə görə olur” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev anası ilə söhbətinin gizli yazdığı səsyazısını paylaşıb.

7Times.az xəbər verir ki, Cahad səsyazmanı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

O bildirib ki, məşhur övladı olduğu üçün qızlar onunla görüşməkdən qorxur:

“Bəziləri ulduz olmaq üçün pul verir, mən isə yox. Ulduz olmağın müsbət və mənfi tərəfləri var. Ulduz olmağın mənfi odur ki, tərəfi qızlar mənimlə harasa getməkdən çəkinib, qorxurlar. Düşünürlər ki, gözlənilmədən kameralara tuş gələcəklər. Özümü evli kişi kimi hiss edirəm”.

Dadaşova isə oğlunun bu sözlərinə qarşılıq olaraq “Nə yaxşı, əladır ki… Sağ olsun bu xəbərləri yazanlar” deyə cavab verib. Oğlu isə “Hər şeyin günahkarı sənsən” deyə bildirdikdə Xalq artisti “Mənim işimə yarayır” söyləyərək fikrini bitirib.

 

Qeyd edək ki, Cahad daha əvvəl də sosial şəbəkə paylaşımları ilə diqqət çəkib. O paylaşdığı postda “Azadlıqdan məhrum edilməkdən. Buna görə də mənim komendant saatı və karantin qaydalarını pozduğuma görə 3 000 manat cəriməm var. Azadlıq olmadan yaşaya bilmərəm” sözlərini yazmışdı.

 

Sözügedən paylaşımı təqdim edirik: