Bakının Nizami rayonunda oğurluq baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 8-də paytaxt sakini R.İsgəndərov dörd gün əvvəl bir nəfərin ona məxsus içərisində 1200 manat olan pul kisəsini açıq talama yolu ilə aparıb, “Mercedes” markalı avtomobilində hadisə yerini tərk edərkən onun paltarından tutub getməsinə mane olmasını, avtomobili hərəkətə gətirib onu 10-15 metr sürüyərək ayaq və qollarına xəsarət yetirməsini bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Səfərzadə saxlanılıb.
Şəxsi axtarış və idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı ümumilikdə 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Follow @7timesaz