Hadisə

Oğuzda apteklərdə və geyim mağazasında yanğın baş verib

Oğuzda apteklərdə və geyim mağazasında yanğın baş veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz rayonunda apteklərdə və geyim mağazasında yanğın olub.

7Times.az xəbər verir ki, hadisə səhər saatlarında, Kərimli kəndində qeydə alınıb.

Belə ki, aptek, baytarlıq apteki və geyim mağazasının da daxil olduğu ümumi sahəsi 170 m² olan obyektdə yanğın zamanı aptek və içərisindəki dərman preparatlarının böyük hissəsi yanıb. Geyim mağazası və baytarlıq aptekinin tavan hissəsinə də ziyan dəyib.

Əraziyə FHN-in Oğuz Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.