Maqazin

Oksana Kinematoqrafçılar İttifaqına üzv seçildi – Fotolar

Oksana Kinematoqrafçılar İttifaqına üzv seçildi – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa-prodüser Oksana Rəsulova Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv seçilib.

 

 

Axşam.az xəbər verir ki, bu barədə İttifaqın ötən gün keçirilən iclasında qərar verilib

Bildirilib ki, iclasda Xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Mirbala Səlimli, Ziya Şıxlinski, rejissorlar Oleq Səfərəliyev, Tahir Tahiroviç iştirak ediblər.

İclas zamanı ittifaqının üzvlüyünə ərizə verənlərin namizədliyi müzakirə olunub və səsvermə keçirilib. Əməkdar artist Rasim Cəfərov, sənətşünas Nadir Bədəlov, ssenarist Reyhan İsayeva, prodüser Oksana Rəsulova, kinoaktyor Manaf Dadaşov, animasiya operatoru Ramiz Ağayev, aktyor-kaskadyorlar Sain Fərmanlı və Murad Abdullayev Kinematoqrafçılar İttifaqına üzv qəbul olunublar.

Qeyd edək ki, mayın 31-də keçiriləcək konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçiləcək.

Oksana Kinematoqrafçılar İttifaqına üzv seçildi