Manşet

Oksana yeni proqramı ilə “Xəzər”də! – EKSKLÜZİV XƏBƏR (VİDEO)

Oksana yeni proqramı ilə “Xəzər”də!  EKSKLÜZİV XƏBƏR (VİDEO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevilən rəqqasə və aktrisa Oksana Rəsulova yeni layihəsi ilə pərəstişkarlarını sevindirib.

7times.az saytının xüsusi xəbərinə əsasən, gözəl ulduz “Xəzər” telekanalında yeni proqramı ilə tamaşaçıların qarşısına çıxacaq.

“Bu Ana kimi” adlı proqram barəsində Oksana Rəsulova saytımıza xüsusi açıqlamalar verdi:

“Veriliş uşaqlar və analarla bağlı olacaq. Anaların problemlərindən və uşağın psixologiyasından tutmuş, inkişafına qədər hər şeydən bəhs edəcəyik. Gənc analar və yeni ana olmaq istəyənlər üçün bu çox faydalı bir verilişdir. Həmçinin mətbəx rubrikamız da olacaq. Düşünürəm ki, həqiqətən baxımlı bir proqram olacaq, çünki anaları maraqlandıran bir çox suallar var ki, onlar heç yerdə açıqlanmır. Lakin bizim verilişdə bütün bunlar açıqlanacaq. Bu proqram nəinki analar, hətta atalar üçün də faydalı olacaq”.

Sözügedən verilişin anonsunu təqdim edirik:

Elmir Kərimli