Maqazin

Oksana yeni serialda! EKSKLÜZİV AÇIQLAMALAR

Oksana yeni serialda! EKSKLÜZİV AÇIQLAMALARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur rəqqasə və aktrisa Oksana Rəsulova yeni serial ilə tamaşaçıların qarşısına çıxacaq.

7times.az saytının xüsusi xəbərinə əsasən, gözəl ulduz “Yalan Həqiqət” adlı serialda rol alacaq. Serial aprel ayında “İctimai” telekanalında yayımlanmağa başlayacaq.

Oksana Rəsulova serial ilə bağlı saytımıza eksklüziv açıqlamalar verib:

“Melodram janrında çəkilən 24 bölümlük bir serialdır. “Oksi Media” tərəfindən çəkilib. Mən bu layihədə həm də aktrisayam. Qadınlara həsr olunub, qadın zorakılığından və qadının tənha qalmasından, onun cəmiyyət tərəfindən tərk edilməsi və yenidən dirçəlməsindən bəhs olunur. Çox yaxşı bir melodramadır. Düşünürəm ki, çox maarifləndirici bir serialdır və tamaşaçılar tərəfindən həqiqətən dəyərləndirəcəkdir. Məncə, izləyicilər bu serialı qəbul edəcək və baxacaq”.

Qeyd edək ki, serialda Oksana Rəsulova ilə yanaşı Zaur Şəfiyev, Vüsal Murtuzəliyev, Zümrüd Qasımova, Kazım Abdullayev, Kazım Həsənquliyev, Mehriban Xanlarova, Yasəmən Malik, Vüsal Hacıqədir, Solmaz Süleymanova, Şəhanə Yusifova, Şəhriyar Əbilov, Aydan Həsənzadə və başqaları yer alacaq.

Sözügedən serialın anonsunu təqdim edirik:

Elmir Kərimli