İrlandiyada ölən kişinin pensiyasını çıxarmaq üçün cəsədi poçt şöbəsinə aparılıb.
Ölkə.Az “Irish Times”a istinadla xəbər verir ki, Karlou bölgəsində baş verən hadisədə təqaüdçünün cəsədi iki nəfərin “dəstəyi” ilə binaya aparılıb.
Şübhəli şəxslər qolundan tutduqları meyitlə piştaxtaya yaxınlaşanda poçt işçisi yaşlı adamın vəziyyətindən narahat olub və onunla maraqlanıb.
Daha sonra iki nəfər cəsədi hadisə yerində qoyaraq qaçıb. Poçt işçiləri qocanın öldüyünü biləndə şoka düşüblər.
İrlandiya polisi bildirib ki, 60 yaşlarındakı qocanın izah olunmayan ölümünün səbəbi araşdırılır.
Məlum olub ki, şübhəli şəxslər əvvəlcədən poçt şöbəsinə zəng edərək pensiyaçı şəxsin maaşını necə ala biləcəyini soruşublar. Onlara bildirilib ki, təqaüdçü şəxsən özü gəlməlidir. Naməlum şəxslər daha sonra meyiti götürərərk poçta gediblər.
Qeyd olunub ki, qocanın ölüm səbəbi ekspertizadan sonra bəlli olacaq.