Maqazin

“Öləndən sonra kim mənim yasıma gələcək? İstəmirəm, lazim deyil!“ – Video

“Öləndən sonra kim mənim yasıma gələcək? İstəmirəm, lazim deyil!“ – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu sənətə təzə gələndə məndə həvəs var idi. Müəyyən dönəmlər vaxt aparır. Kimsə sənin üzünə gülür, kimsə sənin ayağının altını qazır, kimsə sənə zərbə vurur, kimsə sənə paxıllıq edir, kimsə səndən istifadə edir. Bu dönəmlərdən keçəndən sonra həvəs də bitir, hər şey üçün artıq gec olur…”

7Times.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri ARB telekanalında yayımlanan “Söz Baz” verilişinin qonağı olan müğənni Nura Suri deyib.

O, bu sənətə görə qurban getməyəcəyini etiraf edib:

“Ömrümüz qısadır, mən onu mübarizə aparmağa sərf etmək istəmirəm. İnsan karyerasında uğur qazanmaq üçün çox güclü olmalıdır.

Mən, bəlkə də, kənardan çox güclü görünürəm, amma o qədər də deyil.

Bu sənəti sevdiyim üçün buradayam, amma bu sənət üçün qurban gedəcək insanlardan deyiləm.

Mən öləndən sonra kim mənim yasıma gələcək? Kim məni tarixə yazacaq? Kim nə deyəcək? İstəmirəm, lazim deyil!

Bütün yaxşılıqları mən sağ olanda edin, pislikləri özünüzə saxlayın”.

Həmnin görüntüləri təqdim edirik: