“Crocus City Hall”dakı terror aktı nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb. Ölənlərin sayının daha da artacağı ehtimal olunur.
İlkin məlumatlara görə, ölümə səbəb güllə yaraları və yanan məhsullardan zəhərlənmə olub.
Səhiyyə Departamenti isə xəstəxanaya yerləşdirilənlər arasında 4 uşağın olduğunu açıqlayıb.
İstintaq Komitəsinin məlumatına görə, terrorçular zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər. Həmçinin müstəntiqlər terrorçuların hücum zamanı istifadə etdikləri avtomat silahları aşkar ediblər.
Follow @7timesaz