Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.
7Times.az xəbər verir ki, Günay həyat yoldaşı Zaur Baxşəliyevlə birgə Azərbaycanda ən bahalı reklamlara özlərinin çəkildiyini qeyd edib.
Bu barədə o, aparıcısı olduqları “Zaurla Günaydın” verilişində danışıb:
“Ölkənin ən məşhur xanımlarından biriyəm. Bunu tam səmimi deyəcəm, gizlədəcək nə var? Bir cütlük olaraq da, ayrı-ayrılıqda da Azərbaycanda ən bahalı reklamlara çəkilən məhz bizim ailədir, maşallah olsun”.
Qeyd edək ki, Zaurla Günay 10 ildir evlidir. Onların Dilavər və Davud adlı iki övladı var. (Olay)
Follow @7timesaz