Ötən gün “London körpüsü uçdu” – həyatının 97-ci ilində Kraliça II Elizabet vəfat edib. Son aylar dünya planetinin ən məşhur qadınının sağlamlığından narahat idi. Hətta ötən gün Bukenqem sarayı onun həkim nəzarətinə götürüldüyü haqda bəyanat yayıb. Amma bir neçə saat sonra Kraliçanın dünyasını dəyişdiyi açıqlanıb.
Axşam.az stil ikonası, atları sevən qadın, ana və nənə – Böyük Britaniya Kraliçasının ən yaxşı və müdrik sitatlarını, eləcə də fotoşəkillərini təqdim edir:
Kraliça II Elizabet Balmoral qəsrində itlərindən biri ilə, 28 sentyabr 1952
“Mən sizi döyüşə aparmıram və qanunlar yazmıram. Amma yenə də nəyəsə qadirəm. Mən ürəyimi və sədaqətimi bu köhnə adalara və Böyük Britaniya xalqına verə bilərəm” – 1957-ci ildə Milad müraciətindən
Kraliça II Elizabet və Şahzadə Filip
“Gəlin özümüzü çox ciddi qəbul etməyək. Heç birimizin müdriklik üzərində inhisarımız yoxdur” – 1991-ci ildə Milad müraciətindən
London, İngiltərə 1952-ci il
“Bəzən mərhəmət göstərməyi bacarsaq da, tarix bizə öyrədir ki, biz çox vaxt özümüzdən – öz ehtiyatsızlığımızdan və tamahkarlığımızdan xilas olmalıyıq” – 2011-ci ildə Milad mesajından
Milad, tarixsiz foto
1974 Kraliça II Elizabet korgisi ilə Aberdin hava limanına gedib
Princess Elizabet 1947-ci ildə hərbi təqdimatdan sonra
Uels Şahzadəsi və Kraliça, Londonda Parlamentin Açılışında, 1982-ci il noyabr
“Uğur üçün bir düstur bilmirəm, amma illər ərzində başa düşdüm ki, liderliyin bəzi atributları universaldır və siz birlikdə işləmək üçün səylərinizi, istedadlarınızı, ideyalarınızı və ilhamınızı birləşdirməlisiniz” – II Elizabet
Şahzadə Elizabet təkər dəyişdirməyi öyrənir, təxminən 1945-ci il
Kraliça Şahzadə Filiplə Pekinə səfəri şərəfinə verilən ziyafətdə
1965: Kraliça II Elizabet və Şahzadə Filip uşaqları ilə (sağdan sola): Uels Şahzadəsi Çarlz, Şahzadə Endryu, Şahzadə Edvard və Şahzadə Anne Vindzorda Kraliçanın 39-cu doğum gününü qeyd edərkən
Ulu öndər Heydər Əliyevin Böyük Britaniya Kraliçası II Elizabet ilə görüşü – London, Bukinqem sarayı, 21 iyul 1998-ci il
Kraliça Polşaya səfəri zamanı ziyafətdə
“Ən qaranlıq vaxtlarda belə, yeni bir şəfəq üçün hələ də ümid var” 2020-ci ildə Milad mesajından
Kraliça II Elizabet Meksikaya səfəri zamanı qədim piramidaya baş çəkir, 1975-ci il
II Elizabet Meksikaya səfəri zamanı, 1975-ci il
II Elizabet Cənubi Sakit Okean adalarına rəsmi turda,
Kraliça və “Spice Girls”, 1 dekabr 1997-ci il
“Heç bir yaş qrupunun müdriklik üzərində monopoliyası yoxdur və mən düşünürəm ki, gənclər bəzən bizdən daha müdrik ola bilərlər. Amma yaşlandıqca, müasir dünyada yaşamağı öyrənən gənclərin hansı çətinliklərlə üzləşməli olduğunu dərk edirəm” – 1998-ci il Milad mesajından
Kraliça uşaqları ilə: Şahzadə Endryu (solda) və Şahzadə Edvard, dekabr 1971
Şahzadə Çarlz Kraliçanın polo turnirində ona mükafat təqdim etdikdən sonra onun əlini öpür.
“Həyat çətin görünməyə başlayanda cəsurlar məğlubiyyəti qəbul edərək uzanmazlar; əksinə, daha yaxşı gələcək üçün mübarizə aparmaq əzmindədirlər” 2008-ci il Milad mesajından
Kraliça II Elizabet Kaduna Hava Limanında Kral Nigeriya Alayının üzvlərini yoxlayır, 2 fevral 1956-cı il
Kraliça Türkiyəyə səfəri zamanı, 1971
London, Şahzadə Elizabet Uinston Çörçili meriyada salamlayır, 23 mart 1950-ci il
Şahzadə Elizabet və Philip Mountbattenin toyu, 1947
“Ərim bütün bu illər ərzində mənim gücüm olub və mən ona borcluyam” – II Elizabet
II Elizabet və Şahzadə Filip evliliklərinin 25-ci ildönümünü qeyd edirlər, 1972-ci ilin noyabrı
Kraliça II Elizabet Vindzor At Şousunda, 11 may 1985-ci il
Kraliça II Elizabet və Şahzadə Filip 3D eynəklərdə
Kraliça II Elizabet və Şahzadə Filip bananları filə yedizdirirlər, 2017
Kraliça II Elizabet aşpazın şokoladlı tort hazırlamasına baxır, 5 iyun 2008-ci il
II Elizabet sükan arxasında
“Kədər sevgi üçün ödədiyimiz qiymətdir” – 2001-ci il terror aktları ilə bağlı mesajdan
II Elizabet Şahzadə Filipin dəfn mərasimində, 17 aprel 2021-ci il
“Ölüm nə qədər qaranlıq olsa da, xüsusilə də kədərdən əziyyət çəkənlər üçün işıq və həyat daha güclüdür” – Pasxa, 2020-ci il
Böyük Britaniya kraliçası II Elizabet Liz Trassı Balmoral qəsrində qəbul edən gün… Mediada yayılan son fotosu