Dünya

Ölümcül oyunda iştirak edən 11 yaşlı məktəbli intihar etdi – FOTO

Ölümcül oyunda iştirak edən 11 yaşlı məktəbli intihar etdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mavi Balina”ya bənzər yeni bir ölümcül onlayn oyuna qatılan 11 yaşlı məktəbli intihar edib.

7times.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, dəhşətli hadisə İtaliyada baş verib.

Bildirilir ki, uşaq ölümqabağı məktubunda valideynlərini çox sevdiyini və kapüşonda olan qara kişinin ardınca getməli olduğunu deyib.

Müstəntiqlər söhbətin “Conatan Qalindo” adlı uydurma personajdan insanabənzər itə oxşayan və kapüşonlu geyimdə olan sirli fiqurdan getdiyini düşünür

Jurnalistlər yeni “əyləncəni” “ Mavi Balina” oyunu ilə müqayisə edirlər. Xatırladaq ki, həmin oyunla əlaqədar 20-yə yaxın yeniyetmənin intihar etdiyi məlumdur.

Oxu.az