Maqazin

Ölümdən dönən Mətanət meyxanaçı Namiqdən küsdü: “Vəfasız çıxdı” – VİDEO

Ölümdən dönən Mətanət meyxanaçı Namiqdən küsdü: “Vəfasız çıxdı” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölürdüm, məhv olmuşdum. Bu dünyada məndən kasıb insan yoxdur. Qəlbim böyük, zəngindir, amma yaşayışım çox kasıbdır. Mənim hər şeyim – səsimdir. Müqəddəratım həll edən də səsimdir. Səsimə bir şey olsa, kiminsə qapısında qab yuyardım, ev-eşik təmizləyərdim. Özüm tibb üzrə təhsil almışam. Gedib bu sahədə işıəyərdim”.

Moderator.az xəbər verir ki, bu sözləri bronxlarından ağır əməliyyat olunan müğənni Mətanət Əsədova “Şourum” maqazin verilişinə müsahibəsində deyib.

Xəstəxanada olan zamanı Bizim Media-nın əməkdaşı dəfələrlə xanım sənətçiyə zəng edərək, onun səhhəti ilə bağlı açıqlama almaq istəyib.

Telefonun dəstəyini M.Əsədovanın yaxını kimi qələmə verən (həm qadın, həm də kişi) şəxslər müğənninin 2 gün komada olduğunu söyləyiblər. Lakin Əsədova bu məlumatın yalan olduğunu söyləyib.

“Mənim çox pis ağrılarım olub, amma komada olmamışam. Heç zaman həkimə müraciət etməmişəm. Bir gün də olsun, harasa gedib, istirahət etməmişəm. O qədər problemlər çözmüşəm ki, imkanın belə olmayıb dincəlməyə. Bu candır, dəmir deyil. Axırda da səhhətimdə belə bir problem yarandı”.

İllər əvvəl ayağından əməliyyat olunan meyxanaçı Namiq Qaraçuxurluya sənət yoldaşları arasında ilk baş çəkən Mətanət olsa da, onun bu ağır vəziyyətində qarşı tərəf biganəlik göstərib. Əsədova xəstəxanada Qaraçuxurlunun yolunu gözləsə də, amma meyxanaçı gəlməyib.

“Namiq vəfasız çıxdı. Namiqi çox istəyirəm. O, mənim elim, yurdum, obamdır. Namiq yaxşı oğlandır. O, sənətinin sənətkarıdır”.