Nişanlısı müğənni Cennifer Lopezdən ayrılan idmançı Aleks Rodrigez 5 il davam edən münasibətlərindən söz açıb.
7Times.az xarici mediaya istinadən xəbər verir ki, Lopezlə olan xatirələrini xoş anlarla xatırlayan Rodrigez ona minnatdar olduğunu bildirib:
“Son bir neçə il üçün ona çox minnətdarıq. Uşaqlarımla mən ondan çox şey öyrəndik. İndi öyrəndiyimiz dərslər sayəsində önümüzdəki beş ili daha da gözəl etməliyik. İndi əla vəziyyətdəyəm. Hal-hazırda olduğum yer üçün Allaha çox minnətdaram. Və gələcəyə baxıram. Xüsusən də qızlarımın böyüməsini izləyirəm”.
Qeyd edək ki, Aleks Rodrigezin Nataşa və Ella adlı iki qızı var.Axşam.az
Follow @7timesaz