Dünya

Onilliklər əvvəl yoxa çıxan təhlükəli asteroid Yerə yaxınlaşır

Onilliklər əvvəl yoxa çıxan təhlükəli asteroid Yerə yaxınlaşırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

34 il əvvəl yoxa çıxan, diametri 1,2 km-ə qədər olan təhlükəli asteroid Yerə yaxınlaşır.

“Report” xəbər verir ki, bu barədə NASA-nın Yerə yaxın obyektlərin tədqiqi mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, asteroid oktyabrın 3-də Yerə minimum məsafədə yaxınlaşacaq, 0,042 astronomik vahid və ya demək olar ki, 6,3 milyon km olacaq.

Belə ki, alimlər Yerin orbitindən 7,5 milyon km-dən az məsafədə keçən obyektləri potensial təhlükəli hesab edirlər.

Qeyd edilir ki, asteroid 20,96 km/san sürətlə hərəkət edir, diametri isə 520-1200 m-ə çata bilir.O, ilk dəfə 1989-cu ildə müşahidə olunub, bundan sonra cisim 34 ilə yaxın müddət ərzində yox olub.