“Rusiyada ağır cinayətlərə görə məhkum olunanlar Ukrayna cəbhəsində “günahlarını qanla yuyurlar”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözcüsü Dmitri Peskov “Kommersant FM” radiosuna müsahibəsində bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimri Putin bu yaxınlarda gənc qız Vera Pextelevanın qətlinə görə 17 il azadlıqdan məhrum edilən və müharibədə xidmət etdikdən sonra azadlığa çıxan Vladislav Kanyusun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Bu qərar Rusiyada böyük hay-küy doğurub.
Peskov ilk dəfə olaraq prezidentin əfv fərmanı ilə ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin cəbhəyə cəlb olunmasını rəsmi olaraq etiraf etmiş olub.
Prezidentin mətbuat katibinin sözlərinə görə, əfv üçün iki yol var. Birincisi, təqsirkarın etirafı, Federal Penitensiar Xidmət, bölgə, federal dairə, mərkəzi komissiya və prezident səviyyəsində qərarlar. İkinci yol məhkumların törətdikləri cinayətlərə görə “döyüş meydanında, hücum briqadalarında, mərmi altında öz qanlarını yümasıdır”. O, bu “ikinci yol”un hansı hüquq normalarına əsaslandığını açıqlamayıb.
Follow @7timesaz