Hərbi

“Onlara nəfəs almağa imkan vermək olmaz…” – “Kreml danışıqlara eyham vurur, barıt bitib…”

“Onlara nəfəs almağa imkan vermək olmaz…” – “Kreml danışıqlara eyham vurur, barıt bitib…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukrayna Rusiyadan təmizlənməlidir, vəssalam!..”

 

“Kiyev dəfələrlə bəyan edib ki, yalnız öz şərtləri müqabilində danışıqlara gedəcək, bu, Rusiya qoşunlarının Ukrayna ərazilərindən 1991-ci il sərhədləri daxilində tam çıxarılmasıdır…”
Ekspert nəyin Rusiyanı ən ağır addımlar atmağa sövq edəcəyindən danışıb…
Əgər Ukrayna Rusiya ilə danışıqlar prosesindən birdəfəlik çıxmaq barədə elan edərsə, Rusiya “bütün ağır addımları atmağa” başlayacaq.
7Times.az xəbər verir ki, bu fikri sovet və ukraynalı hərbi qulluqçu, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Oleq Jdanov söyləyib.
“Rusiya daima bizi danışıqlar masası arxasında əyləşdirməyə cəhd edir, bunun üçün bütün vasitələrdən istifadə edir. Bu yolla o, zəbt etdiyi ərazilərdə möhkəmənməyə ümid edir. Lakin nə qədər ki, Ukrayna “yox” deməyib, Rusiya üçün bu, “asılmış kök” olacaq və onu yeməyə çalışacaq”, – Jdanov buna əmindir.
O, qeyd edib ki, Rusiya hakimiyyəti üçün Ukraynanın danışıqlar prosesindən birdəfəlik çıxmamasına ümid etmək çox vacibdir.
“Əgər biz desək ki, danışıqlar prisesindən çıxırıq, Rusiya da buna uyğun davranacaq. O zaman onun üçün çəkindirici amil olmayacaq. Onlar, o cümlədən bizim hərbi əsirlərimizə qarşı və başqa şanajla bağlı ən ağır cınayətlər törətməkdən belə çəkinməyəcək”, – Jdanov əlavə edib.
Ekspert xatırladıb: Kiyev dəfələrlə bəyan edib ki, danışıqlar masasına yalnız öz şərtləri müqabilində əyləşəcək: “Bu, Rusiya qoşunlarının 1991-ci il sərhədəri çərçivəsindıəə Ukrayna ərazilərindən tam çıxarılmasıdır…O zaman biz danışıqlar masası arxasında əyləşib necə yaşacağımızı müəyyən edəcəyik. Onsuz da istənilən savaş danışıqlarla bitməlidir”.
Öz növbəsində Ukraynanın Avropa İttifaqında aparıcı lobbiçilərindən olan Litvanın sabiq müdafiə və xarici işlər naziri Linas Linkyaviçus bəyan edib ki, hazırda Kiyev Rusiya ilə danışıqlar masası arxasında əyləşməməlidir, çünki onun üçün bu, “münaqişəni dondurmağa və güclənməyə” şans verəcək.
“Kreml danışıqlara eyham vurur, deməli, barıt bitib, işğal edilən əraziləri dondurmaq istəyir. Onlara nəfəs almağa imkan vermək olmaz. Amerikanın lend-liz proqramı üzrə, silah tədarükünün artırılmasına böyük ümidlər var. Ukrayna Rusiyadan təmizlənməlidir, vəssalam”, – Linkyaviçyus özünün “Twitter” səhifəsində yazıb.Moderator.az