AK Partiyanın İstanbul böyükşəhər bələdiyyə başçısı namizədi Murat Kurum səs verib.
7Times.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat verib:
“Bütün vətəndaşlarımızın səs vermələrini və seçki qutularını qorumalarını istəyirəm. Martın 31-də günəş doğacaq. İnşallah, bu gün bütün İstanbullularla bayramı erkən qeyd edəcəyik”.
Alqışlarla qarşılanan Murat Kurum vətəndaşlarla söhbət edib, xatirə şəkli çəkdirib.
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Bələdiyyə Başçısı və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu da ailəsi ilə birlikdə səsvermədə iştirak edib.
İmamoğlu əvvəlcə kameralara üz tutub: “Millətimizin dincliyinə, əmin-amanlığına vəsilə olsun. Oğlum Semih ilk səsini verir. Həyəcanlıdır. Kimi seçəcəyi barədə bir az fikirləşdi. Onu xeyli gözlədik”.