Maqazin

“Onlarla bir məclisi paylaşıramsa, deməli…” – Türkandan tənqidlərə reaksiya

“Onlarla bir məclisi paylaşıramsa, deməli…” – Türkandan tənqidlərə reaksiyabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Türkan Vəlizadə “7 canlı” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı Xalq artisti Tünzalə Ağayeva və Əməkdar artist Sevda Ələkbərzadə tərəfindən tənqid olunması ilə bağlı məsələyə münasibət bildirib:

“Qalmaqalda olan insan deyiləm, bacardığım qədər də uzağam. Hər zaman özümə dərsi haradan götürmüşəm? Fikirləşirəm ki, görəsən niyə muğam oxuyanların, xalq mahnıları ifa edən müğənnilərin, sənətkarların çox vaxt adları hallanmır, ancaq işləri ilə məşğuldurlar. Amma sırf estradada olan, nədənsə onlar daha çox qalmaqaldadır… Amma indi görürəm ki, içlərində Xalq artistləri, Əməkdar artistlər, sənətkarlar, sənətçilər var ki, istəyirlər, atmacalar olsun, cavab verim. Əsla, o tərbiyənin yiyəsi deyiləm. Sadəcə demək istəyirəm ki, kim nə cavab verəcəksə, onlara daha gözəl, sevərəkdən cavab verəcəyəm. Hər şey boşdur. Öz işimlə məşğulam. Kiminsə bunu qınağa çevirməyi, səhv oxudun, düz oxudun deyən sənət dostlarımdan heç vaxt bunu özümə qarşı qəbul etmirəm. Çünki nəyi necə oxumaq lazım gəldiyini bilirəm. Həmin məsləhəti ala bilərəm Babək bəydən (red. – Əməkdar artist Babək Niftəliyev), onun kimi sənətkarlardan, düzəltməyə çalışaram. Amma baxıram, estrada ifa edirlər, ondan başqa öz yaşıdımda müğənnilərdir, istəyirlər ki, qalmaqal olsun, buna gedən insan deyiləm.

Hər birinə böyük hörmətim var. İllərdir ifa edirlər. Amma adlarını çəkdiyiniz sənətkarlarla birlikdə el şənliklərində, bir məclisi, toyu paylaşıramsa, deməli hər birimiz bu sənətdəyik”.

Qeyd edək ki, Tünzalə Türkanın ifasını “faciə” adlandırmışdı.