Maqazin

“Onu anamdan, atamdan çox sevirdim”

“Onu anamdan, atamdan çox sevirdim”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Onu anamdan,atamdan çox sevirdim… İlk qucağında ovudulduğum, üzümə açılan qolların sahibidir Şahnaz xanım”.

Bu sözləri əməkdar artist Aybəniz Haşımova xəstəxanaya yerləşdirilən bacısı Xalq artisti Şahnaz Haşımova ilə bağlı yazıb.

O bildirib ki, bacısı 1970 ci illərdə bir dəfə də xəstəxanaya düşərək onu qorxusub:

“Onda da yolunu indiki kimi səbirsizliklə gözləyirdim. Tez qayıt evə. Körpə kimi atılım qollarına. O gözəl əllərinlə tumar çək saçlarıma. İllərin məni yorğun salmış yuxusuna gedim…

Laylamı çal, bacım. Sənə gələn bütün qada-bəla mənim canıma gəlsin, Sənə hecnə olmasın. Bütün xalq səni gözləyir, dua edir. Hamı sağ olsun. Sən də çox yaşa. Çox yaşa ki, xalqın musiqi səsi sənsiz qalmasın”.