Dünya

“Onun anamın taleyini yaşamasından qorxuram” – Şahzadə Harri

“Onun anamın taleyini yaşamasından qorxuram” – Şahzadə Harribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya kraliçası II Elizabetin nəvəsi şahzadə Harri maraqlı açıqlamaları ilə diqqət çəkib.

7times.az xəbər verir ki, həyat yoldaşı Meqan Markl ilə Amerikada bir televiziya proqramına qatılan şahzadə Harri həyatının ən böyük qorxusundan bəhs etməsi ilə gündəmə gəlib.

“Kraliyyət ailəsindən ayrıldığım üçün tarixin təkrarlanmasından çox narahatam. Həyat yoldaşım Meqanın anamın taleyini yaşamasından qorxuram. Həyatdakı ən böyük qorxum budur”.

Xatırladaq ki, şahzadə Harrinin anası şahzadə Diana kraliyyət ailəsindən ayrıldıqdan sonra 31 Avqust 1997-ci ildə müəmmalı bir yol qəzası nəticəsində dünyasını dəyişib.

Elmir Kərimli