Aktual

“Zəlzələdə dağılan bütün binaların 98 faizi 1999-cu ildən əvvəl tikilib” – Ərdoğan açıqladı

Onun bildirdiyinə görə, rus qoşunlarından fərqli olaraq, Ukrayna Silahlı qüvvələri çox əlverişli mövqedədirlər və uzaqdan artilleriya atəşi ilə hücum etməyə çalışan birləşmələri məhv etməkdə davam edirlər.  Qirkin sonda Uqledar ətrafındakı durumu rus qoşunları üçün “ət maşını” adlandırıb.backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son fəlakətdə dağılan bütün binaların 98 faizinin 1999-cu ildən əvvəl tikilməsi tikinti standartları baxımından əldə etdiyimiz irəliləyişləri göstərir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında bəyan edib.

O, qeyd edib ki, artıq martın əvvəlində zəlzələdən zərər şəkənlər üçün 30 min evin tikintisinə başlanılacaq.

“İtirməyə bir dəqiqə belə qalmayacağının fərqində olaraq, zərərin qiymətləndirilməsi başa çatan yerdə tikinti işlərinə davam edəcəyik. Martın əvvəlində 30 min evin tikintisinə başlaya bilərik. Bir neçə ay ərzində bütün xətlərin çəkilişinə başlanılacaq. Zəlzələ qurbanlarının müvəqqəti sığınacaq ehtiyaclarını çadırlar, konteyner yataqxanaları, hotel otaqları və hər cür şəraiti olan ictimai mehmanxanalarla təmin etməyi planlaşdırırıq. Məqsədimiz mənzil ehtiyacını 1 ilə tamamlamaqdır”, – deyə dövlət başçısı bildirib.

O, əlavə edib ki, dövlət heç bir vətəndaşını nəzarətsiz qoymayacağıq və işin davam etdirilməsini təmin edəcək.