Türkiyəli məşhur aktrisa Nəbahət Çehrə illər sonra “Aşk-ı Memnu” serialı ilə bağlı etiraf edib.
7Times.az “Akşam”a istinadən xəbər verir ki, aktrisa film və seriallara çəkilmək üçün öz qaydaları olduğunu, prinsip olaraq öpüşmədiyini və kişi aktyorlarla eyni yatağa girmədiyini bildirib:
“Bu qərarı verməyimin səbəbi odur ki, tamaşaçı müəyyən yaşdan sonra bizi belə görmək istəmir. “Aşk-ı Memnu”da mənə gənc sevgili obrazı yazılacaqdı. Bu halda işi buraxcağımla təhdid etdim. Belə olsa, hekayə məhv olardı. “Serialın səviyyəsini aşağı salmayaq” dedim. Mən o iddialı xarakteri zərafətli hala saldım. “Mənim mütləq kiminləsə birlikdə olmağımı istəyirsizsə, Rəhmi Koç kimi zəngin bir adam təşkil edin” dedim. Misal üçün “Camdakı kız” serialında qızın zərafətinə o sürücü ilə birlikdə olmağı yaraşmadı. Kaşki ailə içində problemlər olardı”.
Follow @7timesaz