Maqazin

Oqtay Əliyevin dəfn yeri dəyişdi

Oqtay Əliyevin dəfn yeri dəyişdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişib.

Axşam.az xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, O.Əliyev ötən gün avtomobil qəzasında dünyasını dəyişib. Axşam saatlarında onun Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.

Qeyd edək ki, qəza zamanı avtomobildə O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub.