Dünya

Orban mövqeyini yumşaldır: Ukraynaya yardımı bloklamayacaq

Orban mövqeyini yumşaldır: Ukraynaya yardımı bloklamayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban fevralın 1-də keçiriləcək sammitdə Avropa İttifaqının (Aİ) Ukraynaya növbəti maliyyə tranşının ayrılmasını təsdiqləməyə hazır olduğunu bildirib.

 

7Times.az  “Kommersant”a istinadən xəbər verir ki, o, məbləğin hər il yenidən təsdiqlənəcəyinə dair təminat alsa, bu qərarı dəstəkləyəcəyini açıqlayıb.

 

2023-cü ilin dekabrında Viktor Orban Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramına dair qərara veto qoyub. “Financial Times”a görə, Aİ Kiyevə yardımı yenidən bloklayacağı təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmaq planı hazırlayır. Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka ölkəsinin şantajlara boyun əyməyəcəyini bildirib.