Serbiya hökuməti bir neçə həftə əvvəl saxladıqları Kosovodan olan polis işçilərini sərbəst buraxacaq.
7Times.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban “Twitter“də bildirib.
“Serbiya prezidenti Aleksandr Vuçiç indicə mənə məlumat verdi ki, keçən həftə keçirdiyimiz görüşdə etdiyimiz tələbə uyğun olaraq, Serbiya hökuməti bir müddət əvvəl həbs edilmiş üç Kosovo polisini tezliklə həbsdən azad edəcək”, Baş nazir Orban bildirib.
Macarıstan hökumət başçısı Serbiya Prezidentinə təşəkkür edib.
Follow @7timesaz