Latviyanın paytaxtı Riqanın mərkəzində keçirilən təlimlər sakinləri təşvişə salıb.
7Times.az xəbər verir ki, mərkəzi yollarda hərbçilərin havaya atəş açması ciddi narahatlıq yaradıb. Təlimlərin keçiriləcəyindən xəbərsiz olan bəzi sakinlər həyəcan keçirib. Hadisənin təfərrüatları məlum olandan sonra isə insanlar təlimlərə etiraz ediblər.
Bildirilib ki, şəhərin mərkəzində belə təlimlərin keçirilməsi doğru deyil. Hakim dairələr təlimlərlə bağlı xalqdan üzr istəyib.