Dünya

Ordu və polis Priqojinə niyə müqavimət göstərmir? – Ekspert səbəbini açıqladı

Ordu və polis Priqojinə niyə müqavimət göstərmir? – Ekspert səbəbini açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, hərbi qiyam qaldıran “Vaqner” özəl hərbi qruplaşması Rostov şəhərini və Cənub Hərbi Dairəsini nəzarətə götürəndən sonra qonşu Voronej vilayətindəki bütün hərbi obyektləri də öz nəzarəti altına alıb. Maraqlıdır ki, bu zaman nə hərbi hissələrdə, nə də hüquq-mühafizə orqanlarında heç kim “Vaqner”-ə müqavimət göstərməyib.

“AzPolitika.info” xəbər verir ki, hərbi-siyasi ekspert Aleksandr Kovalenko Ukrayna mətbuatına açıqlamasında “Vaqner”-ə müqavimət göstərilməməsini Rusiya güc strukturlarındakı qarşıdurma və parçalanma ilə əlaqələndirib. O, deyib ki, Rusiya güc strukturlarının “Vaqner”-ə rahatlıqla irəliləməyə imkan verməsi Kreml üçün Priqojinin qiyamından daha təhlükəli siqnaldır.

 

Onun fikrincə, hazırkı qarşıdurma Priqojin-Şoyqu yox, daha çox FTX-Müdafiə Nazirliyi qarşıdurmasıdır: “Rostov polisi, “OMON” və “SOBR” Rostova daxil olan “vaqnerçilərə” müqavimət göstərmədilər. Baxmayaraq ki, dünən Rostovda “Qala” planı işə salınmışdı və bu, bütün şəxsi heyətin təcili toplanmasını, vacib obyektlərin nəzarətə götürülməsini, eləcə də hər hansı hücumun qarşısının qəti şəkildə alınmasını nəzərdə tuturdu. Ancaq nədənsə hücumun qarşısını almaq mümkün olmadı. Məsələ ondadır ki, Rusiya “OMON”-u və “SOBR”-u FTX-nın nəzarətindədir. Başa düşmək lazımdır ki, “Vaqner” FTX-nın Müdafiə Nazirliyilə rəqabət üçün yaratdığı hibrid qruplaşmadır. Yəni, “Vaqner” də “OMON”, “SOBR”, polis və digər daxili güc strukturları kimi FTX-nın filiallarından biridir. Ona görə də Şoyqu-Priqojin qarşıdurması şəxsi qarşıdurma yox, FTX-Müdafiə Nazirliyi qarşıdurmasıdır”.

Buna baxmayaraq, Kovalenko xatırladıb ki, FTX Priqojinin qiyamına sərt reaksiya verib: “İlk ağıla gələn odur ki, “aşbaz”(Priqojin-red.) öz hərəkətlərini rəhbərliklə razılaşdırmayıb və hazırda müstəqil hərəkət edir. Lakin çox tezliklə, gözlənilmədən Rostov təslim edildi. “Qala” işləmədi, polislər isə onların şəhərinə daxil olan “vaqnerçilər”ə sevinclə əl yellədilər. Bütün bunlar həm FTX, həm də Müdafiə Nazirliyi daxilindəki ciddi parçalanmalardan xəbər verir”.