Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
7Times.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Toyota” markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin – Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər. Onların hərbi qulluqçu olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz