Dünya

“Otağına girən qadınların sayı-hesabı yox idi” – Hərbi geyimdən məhrum edilən Şahzadə

“Otağına girən qadınların sayı-hesabı yox idi” – Hərbi geyimdən məhrum edilən Şahzadəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kraliça II Elizabetin ölümündən sonra ən çox maraq dairəsində olanlardan biri də onun sevimli oğlu Şahzadə Endryudur. Kraliçaya xüsusi rəğbət bəslədiyi bilinən ortancıl oğlu bu illər ərzində onun ən problemli övladı olub. Ancaq sağlığında II Elizabet cinsi qısnama ittihamlarından sonra oğluna qarşı bəzi “sanksiyalar” tətbiq etsə də, onu tamamilə qurban da vermədi. İndi böyük qardaşı Çarlzın hakimiyyəti dövründə Endryunun həyatının necə olacağı hər kəsə maraqlıdır.

SEKS TİCARƏTİ İLƏ MƏŞĞUL OLANLARLA YAXIN DOSTLUQ ƏLAQƏLƏRİ VAR

Bütün bunlardan başqa həbsxanada dünyasını dəyişən seks ticarəti məhbusu Ceffri Epstein ilə yaxın dostluq əlaqəsi ilə tanınan Şahzadə Endryu və eyni cinayət işi üzrə mühakimə olunan Ghislaine Maxwell bu yaxınlarda çəkilmiş sənədli filmdən sonra yenidən gündəmə gəlib. Həm də bu sənədli filmdə Şahzadə haqqında əvvəllər məlum olmayan bəzi faktlar üzə çıxıb.

Otağına girən qadınların sayı-hesabı yox idi.

Şahzadə Endryunun Epstein və Maxwell ilə münasibətlərini araşdıran “Banished” sənədli filmində keçmiş cangüdən Pol Peyc də danışıb. Şahzadə haqqında hər kəsi təəccübləndirəcək iddialar səsləndirdən Peyc Endryunun otağına girən qadınların sayını deməyin çətin olduğunu bildirib.

Keçmiş cangüdənin sözlərinə görə, qadınların şahzadə Endryuya baş çəkmək bəhanəsi ilə onun yataq otağına daxil olanların sayı-hesabı olmayıb.

“Biz zarafatlaşırdıq ki, Endryunun yataq otağında fırlanan qapı olmalıdır. Hər gün onu görməyə başqa adam gələrdi. Hər dəfə fərqli qadın gələrdi”, – Peyc deyib.

 

Sənədli filmdə Pol Peycdən başqa, saray işçilərinin, jurnalistlərin, sarayın mətbuat xidmətinin əməkdaşı və Endryunun sosial çevrəsindən olan insanların ifadələri də yer alıb.

Şahzadə Endryu ona qarşı cinsi pozğunluq ittihamlarına görə bir çox hüquqlarından məhrum edilmişdi. Bura hərbi forma geyinmək də daxildir. Lakin Kraliçanın dəfn mərasimində 15 dəqiqəlik sükut zamanı Endryu xüsusi icazə ilə forma geyinə bilib. Mərasimin qalan hissəsində o, kostyum geyinməli idi.

“Məni qucaqlamağa çalışırdı”

Amerikalı Virciniya Giuffre tərəfindən cinsi qısnama iddiası qaldırıldıqdan sonra şahzadə Endryu bu cür iddiaların mərkəzində olmağa başladı. Keçmiş işçiləri və ya hansısa formada onunla əlaqədə olmuş şəxslər bir-birinin ardınca belə iddialar səsləndirirdilər. Onlardan biri də bir müddət Endryunun masaj terapevti kimi çalışmış Emma Qruenbaum idi.

O ifadəsində “Masaj seansları bitdikdən sonra məni qucaqlamağa çalışırdı” – demişdi.

OYUNCAQ AYI SEVGİSİ

 

Bu ilin əvvəlində başqa bir keçmiş işçisi Endryu haqqında heyrətləndirici iddialar səsləndirmişdi. Bukingem sarayının keçmiş əməkdaşı, 47 yaşlı Şarlotta Endryunu “dəhşətli adam” adlandırıb.

 

1996-cı ildə Bukingemdə işə başladıqdan altı ay sonra o, “heç kimin istəmədiyi bir işi öhdəsinə götürməyə razılaşdığını bildirən, Şarlotta Endryu haqqında “dəhşətli, iyrənc bir adamdır”- demişdi. Endryuya xidmət edərkən ona çox qəribə bir tapşırıq verilib.

 

Şarlotta Şahzadə Endryunun 72 tüklü oyuncaq ayıdan ibarət kolleksiyasını çarpayının ətrafına necə yerləşdirmək barədə bir gün xüsusi təlim keçdiyini bildirib. Briqqsin dediyinə görə, Endryunun dünyanın hər yerindən 72 oyuncaq ayısı var, onların əksəriyyəti dənizçi kostyumu geyinib.

 

Briqqsin dediyinə görə, bu oyuncaq ayı kolleksiyasındakı parçalar ölçülərinə uyğun yerləşdirilməli idi. Böyük ölçülü oyuncaq ayılar arxada, kiçik ölçülü ayılar isə öndə olmalı idi. Amma tənzimləmə bununla məhdudlaşmırdı. Axşam saatlarında yeni düzülmə sırası lazım olurdu. Bu dəfə ayılar otaqda özlərinə ayrılan yerlərə yerləşdirilirdi. Şahzadə Endryunun sevimli oyuncaq ayılarından ikisi də çarpayısının yanında taxtlarına otururdu.

“Bu, çox qəribə idi. O, hər şeydən əvvəl Folklend müharibəsində xidmət etmiş yetkin bir adam idi. Amma o, oyuncaqlarını çox sevirdi və onların necə düzülməsi lazım olduğunu çox dəqiq bilirdi”.

 

Şahzadə Endryu özü də 2010-cu ildə verdiyi müsahibədə bu haqda danışmışdı. “Mən həmişə oyuncaq ayı toplayırdım. Hərbi Dəniz Qüvvələrində olarkən getdiyim hər yerdə kiçik oyuncaq ayılar alırdım. Ona görə də dünyanın hər yerindən oyuncaq ayı kolleksiyam var idi”.

Britaniya kral ailəsi şahzadə Endryu ilə bağlı cinsi qısnama qalmaqalını belə demək mümkünsə, “pulla” bağladı. Şahzadəni cinsi qısnamada ittiham Virciniya Roberts Giuffrə bu təzminatın xalqın vergilərindən toplanan pullarla ödənilib-ödənilməməsi ictimaiyyəti narahat edən məsələ olmuşdu. Nəhayət, bu mövzuda açıqlama verən Xəzinədarlıq şahzadə Endryunun ödədiyi təzminatının bir qəpiyinin də xalqdan toplanan vergilərdən gəlmədiyini açıqlamaq məcburiyyətində qalmışdı. Xəzinədarlığın məlumatına görə, Şahzadə Çarlz bu pulun bir hissəsini qardaşına borc verib. Daha əvvəl bu pulun kraliça II Elizabet fondundan qarşılanacağı ilə bağlı iddialar mətbuatda öz əksini tapmışdı. Mauntbatten Windsor ailəsinin Kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümünə kölgə salmamaq üçün bu məsələni tez-tələsik ört-bas istəməsi də iddialar arasında idi.

Hazırda 62 yaşlı şahzadə Endryu 1986-cı ildə Sara Ferqyusonla evlənib. Cütlüyün Beatrice və Eugenie adlı iki qızı var. Cütlük 1992-ci ildə ayrılsa da, dörd il sonra rəsmi olaraq boşanmışdılar.

sfera.az