Ölkə

Ötən gün vətəndaşlardan qumbara və silah götürüldü

Ötən gün vətəndaşlardan qumbara və silah götürüldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşları ötən gün vətəndaşlardan qumbara və silah götürüb.

 

Bu barədə 7Times.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 1 alışdırıcı, 3 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 6 patron təhvil götürüblər.

 

Həmçinin, ötən gün qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 2 tapança, 5 ədəd müxtəlif markalı tüfəng, 6 ədəd patron darağı və 61 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.