ABŞ-ın Viskonsin ştatında övladları koronavirusa yoluxan iki ailə məktəbi məhkəməyə verib.
7times.az xarici KİV-ə istinadən xəbər verir ki, Şennon Censen və Cina Kildal adlı şagirdlərin valideynləri təhsil müəssisəsini maska və sosial məsafə kimi karantin tələblərinə riayət etməməkdə günahlandırıb.
Qeyd edək ki, ABŞ-ın xəstəliklərə nəzarət mərkəzi karantin tələblərinin tətbiq olunduğu məktəblərdə yoluxma sayının xeyli az olduğunu açıqlayıb./Ölkə.az
Follow @7timesaz