“Ferentsvaroş”a keçid edən “Qarabağ”ın sabiq futbolçusu Ovusu Kvabena Macarıstan təmsilçisini seçməyinin səbəbini açıqlayıb.
26 yaşlı hücumçu “Ferentsvaroş” ilə Çempionlar Liqasında oynamaq istədiyini deyib:
“Ferentsvaroş” əla komandadır. O vaxt “Ferentsavoş”la üz-üzə gələndə komanda yoldaşlarıma dedim ki, uşaqlar, bu rəqib bizə çətin anlar yaşadacaq, oyuna hərtərəfli yaxşı hazırlaşmalıyıq. Onlar da Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər. Bu səbəbdən tam gücümüzlə mübarizə aparmalıydıq. Bu komandaya yenidən Çempionlar Liqasında oynamaq üçün gəldim. İstərdim ki, bütün bacarığımla komandaya kömək edim. İstəyimizə nail olmaq üçün birlikdə çalışmalıyıq. Mən bu gözəl komanda ilə oyuna çıxmağı səbrsizliklə gözləyirəm”.
Qeyd edək ki, Ovusu ötən gün “Qarabağ”dan “Ferentsvaroş”a transfer olunub.
Offsideplus.az
Follow @7timesaz