Maqazin

“Oxumasam, acından ölərik”

“Oxumasam, acından ölərik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oxumasam, ailəm və mən acından ölərik. İşığımız, qazımız, suyumuz gəlməz. Axşamlar şou-proqramlara gedirəm və oxuya-oxuya içim “qan” ağlayır. İçimdə deyirəm ki, mənim burada nə işim var? Çünki mənim yerim bura deyil”.

7Times.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Həftənin qonağı” verilişində deyib. O, sırf qazanc üçün oxuduğunu bildirib:

“Gözəl xalqımız məni sevir. Şou-proqramlarda çıxış etməyi də çox gözəl bacarıram. Amma mən itirirəm. Sırf qazanc üçün oxuyuram. Mənim səsim Ledi Qaqadan qat-qat çoxdur. Onda sadəcə imicdir. Həm də bəstəkarlığı yoxdur. Səsimə konsertimdə qulaq asın, görün hara çatır.

Bəzi səs rejissorları isə cinayətkardırlar. 2-3 ton aşağı oxuyanları elə duzəldirlər ki…”.