Xalq artisti Tünzalə Ağayeva geyiminə görə onu tənqid edənlərə cavab verib.
7Times.az OLAY-a istinadla xəbər verir ki, bu barədə o, “Özəl” verilişində danışıb. Sənətçi deyib ki, onun üçün tənqidi kimin yazdığı önəmlidir:
“Səhnədə artist gözəl mənada öz publikasından fərqlənməlidi. Səhnədə sən bir nağıl, obraz yaradırsan. Deyilən sözlərdə isə həmin şəxslərin niyyəti özünü göstərir. Ömür boyu səsim, sənətimlə bağlı müxtəlif sözlər eşidirəm. Bu da tanınmışlığın aqibətidir. Arxandan danışırlarsa, dmeəli öndəsən. Amma baxır, mənim haqqımda tənqidi kim deyir. Tənqidi musiqişünas, geyimdən başı çıxan, səhnəni tanıyan mütəxəssislər etməlidir. Qalan hər şeyi bir torbaya toplayıb deyirəm ki, bu insanları tanımıram.
Mənim üçün vacibdir ki, bu sözü mənə kim deyir. Bir gənc haqqında danışanda o sevinir ki, Tünzalə Ağayeva haqqımda nəsə deyib. Mənə də haqqımda deyilənlərin kim tərəfindən səsləndirildiyi vacibdir. Söhbət internetdən gedirsə, bir adam oturub yüz hesabdan yaza bilər. Varlıqlarından xəbərim olmayanların nəsə deməyi əhəmiyyətli deyil. Mənim adımla özünə reytinq qazanırsa, adım onun üçün çörəkdirsə, qazansınlar. Adekvat müğənni adekvat söz deyəcək. Başqasını isə həmkar hesab etmirəm. Normal artist öz həyatını yaşayır. Problem sənə baxan gözdədir. Adıma sayğı olan televiziyalara gedirəm. Mənim adıma hörmət etməyən kanalı, verilişi, aparıcını tanımıram”.