Dünya

Özbəkistan Prezidentinin qızı yeni vəzifəyə təyin edildi

Özbəkistan Prezidentinin qızı yeni vəzifəyə təyin edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyeva Prezident Administrasiyasının İcra Aparatının rabitə və informasiya siyasəti sektorunun müdiri təyin edilib.

7Times.az  Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

Onun sözlərinə görə, Prezident Administrasiyasında yeni yaradılan sektor ictimai rəyin öyrənilməsi və informasiya siyasətinə məsul olan Administrasiya rəhbərinin müavini sisteminin strukturuna daxildir.

Bildirilib ki, S.Mirziyoyeva həmçinin sosial sahədə, mədəniyyət və təhsil sahələrində islahatların həyata keçirilməsinə nəzarət edəcək.(report)