Türkiyəli müğənni Özcan Dənizin iranlı dizayner həyat yoldaşı Samar Dadqarla qaldığı evin sahibi ilə aralarında qalmaqal baş verib.
7Times.az türk mediasına istinadən xəbər verir ki, villanın həyətində aparılacaq işlərlə bağlı sənətçidən avtomobilini mülkün önündən saxlamamaq istənilib.
Dəniz isə sözügedən təmir işlərilə əlaqədar əvvəlcədən ona məlumat verilmədiyini vurğulayıb.
Bundan sonra villanın sahibi onu sərt formada təhdid edib. Mülkün sahibi, ifaçıya “Sən ölməyə layiqsən, silahımı götürməyə gedirəm, sən də götür” söyləyərək hədə-qorxu gəlib.
Daha sonra Özcan hüquq mühafizə orqanlarına müraciət edib. Özcanın xanımı Samar verdiyi ifadədə həyatlarının təhlükədə olduğunu bildirib. O həmçinin əlavə edib ki, telefonu göstərib polisə zəng edəcəyini deməsəydi, villanın sahibi silah gətirəcəkmiş.
Follow @7timesaz